İş adamından ŞOK AÇIQLAMA: Yaxın illərdə Çində cəmi 5 avtomobil istehsalçısı qalacaq

Çinin avtomobil sənayesinin sürətlə böyüməsinin fəsadları artıq hiss olunmağa başlayıb. İqtisad elmində böhranı yaradan səbəblərdən biri – təklifin artması, tələbin azalması artıq özünü göstərir.
Avtosfer.az xəbər verir ki, “Xpeng” şirkətinin rəhbəri He Siaopinqin açıqlaması təkcə Çində deyil, dünya miqyasında geniş rezonans doğurub.
Siaopinq yerli televiziyaya müsahibəsində deyib: “Ələnmə dövrü yaxın 5 ildə başa çatacaq və Çinin cəmi 5 avtomobil istehsalçısı qalacaq. Heç kim müflisolmadan sığortalanmayıb”.
Maraqlıdır ki, şirkət rərbəri öz müəssisəsinin də qalıb-qalmayacağından əmin deyil. O, şirkətlərin sıradan çıxmasına səbəb kimi hər avtomobildən əldə edilən xalis mənfəətin azlığını göstərir: “70 min yuana (9800 USD) avtomobil sataraq cəmi 1000 yuan (140 USD) qazanmaq metal tullatısı satmağa taydır”.
İş adamı əlavə edib ki, əksər istehsalçılar avtomobili 10 min dollardan ucuz satır.
Hazırda Çində 150-dən çox avtomobil istehsalçısı fəaliyyət göstərir.
Vüqar
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı
12 000 manata təzə elektromobil
“Opel” və “Fiat” Çin platformasında istehsal edilə bilər
Özbəkistanda avtomobil istehsalında ciddi artım
Avtomobil istehsalçıları alüminium ehtiyatı toplayır










