İşdən çıxsalar da, adlarına cərimələr yazılırdı - VİDEO

Bakıda işlədikləri sərnişindaşıma fəaliyyəti göstərən şirkətdən ayrılan avtobus sürücülərinin hələ də adlarına cərimə protokolları gəlir.
Onlardan biri 2, digəri isə 4 il əvvəl işlədikləri şirkətdən çıxıblar. Bu hadisə ilə Bakı şəhər sakinləri üzləşiblər.
Adil Əzizov 10, Əli Əliyev isə 1 ildən çox 46 nömrəli marşrut xəttində sürücü işləyiblər. Daha sonra öz istəkləri ilə işdən çıxsalar da, sürdükləri avtobusların cərimələri onların adlarına gəlməyə davam edib.
Şikayətçilərin sözlərinə görə, mövcud vəziyyətlə bağlı dəfələrlə marşrut xəttinin qarajına gedərək məsul şəxslərə məlumat veriblər, amma problem həll olunmayıb.
"Xəzər Xəbər" sözügedən qarajda oldub, məsələdə adı hallanan Ərşad müəllimlə danışıb. O öncə qəbul etmək istəməyib qapını bağlasa da, daha sonra açıqlama vermək qərarına gəlib.
Qeyd edək ki, şikayətçilərin verdikləri məlumata görə, çəkilişdən dərhal sonra qaraj tərəfindən onların cərimələri ödənilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










