İşğal olunmuş rayonlarımızda məskunlaşan xarici ermənilər - FOTO

Son 28 ildə Ermənistan aktiv şəkildə xarici ölkələrdə yaşan erməni əhalinin Qarabağda qanunsuz məskunlaşdırılmasını həyata keçirir.
"Qafqazinfo" xəbər verir ki, "BBC Rus" agentliyinin Dağlıq Qarabağda məskunlaşdırılan Livan erməniləri barədə hazırladığı reportajda bu qanunsuz aktların açıq şahidi olmaq mümkündür. Belə ki, BBC müxbirlərinin danışdığı Livan erməniləri bu ərazilərdən birində keçmiş Azərbaycan kəndində məskunlaşdırılıblar. Burada 300 nəfər Livan ermənisinin kompakt şəkildə məskunlaşdırıldığı qeyd olunub. Onların arasında Suriyadan gətirilən ermənilərin də olduğu bildirilib.
Ermənistanın bu prosesi həyata keçirərkən vaxtilə Azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi kənd və rayonları seçməsi bir məqsəd daşıyır. Süni şəkildə bölgənin demoqrafik xəritəsini dəyişmək və Qarabağdakı Azərbaycan irsini silərək gələcəkdə bu əraziləri qədim erməni torpaqları kimi təqdim etmək.
Bununla Ermənistan rəhbərliyi demoqrafik əngəllər yaradaraq azərbaycanlıların doğma torpaqlarına dönmələrinin qarşısını almağa çalışır. Bu onu göstərir ki, sözügedən rayonlarda 28 il əvvəl azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən Ermənistan bu gün də təcavüzkar siyasətindən əl çəkməyib.



Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










