İşğalçılar Ağdamda məktəbi atəşə tutdu - FOTO
Qarabağ 26 Oktyabr 2020 16:50 Oxunub 224
İşğalçılar Ağdamda məktəbi atəşə tutdu  - FOTO

 

 

Oktyabrın 26-da səhər saatlarında  Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub.

Bu barədə Azərbaycanın Təhsil Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, nəticədə, məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh