İşğaldan azad edilmiş Qubadlı ilə bağlı yeni qurum yaradıldı: Rəis təyin olundu

İşğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar keçirilən tədbir çərçivəsində Qubadlı Suvarma Sistemləri İdarəsinin təsis edilməsi elan olunub.
Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə elan edib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, tədbirdən sonra Əlisalam Mədət oğlu Bayramov Qubadlı Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olunub.
İşğaldan azad edilən yerlərdə səhmdar cəmiyyətin balansında olan obyektlərin inventarlaşdırması, onların vəziyyətinin ilkin qiymətləndirilməsi və hazırlıq tədbirləri məqsədilə qurumun sədr müavini rəhbərliyi ilə komissiya yaradılıb.
Qeyd edək ki, Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5200 hektar suvarılan sahə, 998 km suvarma kanalları, yeddi nasos stansiya, 129 ədəd suvarma qurğusu və bir hidroqovşaq (Həkərəçay HQ) olub.
Xatırladaq ki, Cənab Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Həmin komissiyanın tərkibində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də nümayəndəsi var. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Bu komissiya tərəfindən bütün sahələrdə olduğu kimi su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.
İki avtomobil modelinin istehsalı dayandırıldı
Çin maşını sürənlərin üzləşdiyi əsas PROBLEMLƏR
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO











