İtaliyanlar üzgəcli super maşın hazırladı; 100-ü 3,1 saniyəyə yığır - FOTOLAR

İtaliyanın kuzov atelyesi “Touring Superleggera”, yeni hazırladığı “Aero 3” super maşınını təqdim edib. Avtosfer.az xəbər verir ki, yeniliyin qeyri-adi gövdəsi, “streamliner”ləri və 1930-cu illərin maşınlarını andırır.
“Aero 3” “Ferrari F12berlinetta” şassisi üzərində quraşdırılıb. Maşının arxa hissəsinə iri üzgəc dizayn edilərək, ona unikal gövdə görünüşü verilib. Element heç bir aerodinamik funksiya daşımır, ancaq təxminən 100 il əvvəlki “Alfa Romeo”nun klassik yarış avtomobillərini xatırladır.
Kuzov panelləri kompozit materiallarından hazırlandığına görə, “Areo 3” “donordan” 150 kq yüngüldür. Maşının texniki göstəriciləri isə dəyişməyib.
Supercar, 730 at güclü 690 n/m fırlanma anı və 6,3 litrlik V12 atmosferli mühərriklə komplektləşdirilib. “Areo 3”, 0-dan 100-ə 3,1 saniyəyə sürətlənir, maksimal sürəti isə 340 km/s. təşkil edir.
Atelye, “Aero 3”dən məhdud sayda, cəmi 15 ədəd istehsal edəcək. Şirkət qiymətlə bağlı qəti bir məbləğ söyləməyib, ancaq qiymətin sifarişçilərin istəklərinə və əlavə avadanlıqların təchizindən asılı olacağını bildirib.
Qeyd edilir ki, sifariş alındığı təqdirdə, hər “Aero 3” nüsxəsinin hazırlanmasına azı 6 ay vaxt tələb olunacaq.
Namiq Musayev












Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










