İcbari avtosığorta məhsulları onlayn rejimdə satılacaq - Noyabrın 1-dən

Azərbaycan İcbari Sığorta Bürosu (İSB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılması ilə əlaqədar olaraq hazırlıq işlərini başa çatdırıb. Avtsofer.az xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.
Onun sözlərinə görə, bu məqsədlə avqust ayından Büronun üzvü olan sığorta şirkətlərinə lazımi veb-servislər təqdim olunub, informasiya sisteminin proqram təminatına dəyişiklik edilib. Noyabrın 1-dən sistem icbari avtosığorta məhsullarının onlayn rejimdə satılmasına imkan verəcək.
Bununla belə, E.Quliyev qeyd edib ki, noyabrın 1-nə qədər satılmış kağız daşıyıcılarında olan sığorta məhsulları müqavilə müddətinin sonuna qədər qüvvədə olacaq və onların əvəz edilməsinə ehtiyac yoxdur.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












