İcbari sığorta bazarında dələduzluq halları aşkarlanıb - Azərbaycanda

Sığortalılara məxsus məlumatların, həmçinin icbari sığorta müqavilələrinə aid olan məlumatların sığorta bazarının peşəkar iştirakçıları tərəfindən əldə olunaraq öz mənafeləri üçün istifadə olunmasının və dələduzluq hallarının qarşısının alınması, sığorta bazarına etimadın, müştəri məmnunluğunun artırılması məqsədilə 9707 nömrəsindən göndərilən SMS bildirişlərində icbari sığorta müqaviləsinin bağlandığı, qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər əks olunmayacaq. Avtosfer.az bu barədə İSB-yə istinadən xəbər verir. Bu addım son zamanlar İSB-yə daxil olan müraciətlərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məktubuna əsasən həyata keçirilib.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 34.3.4-cü maddəsinə əsasən, İSB-nin informasiya sistemi sığortalının bağladığı icbari sığorta müqaviləsinin mövcudluğu barədə mobil rabitə və internet vasitəsilə təsdiqləyici məlumat almaq və həmin müqavilədə əks olunan məlumatları əldə etmək imkanını təmin etməlidir.
Qanunun müvafiq maddəsinə uyğun olaraq İSB tərəfindən istifadəyə verilən 9707 SMS xidməti vasitəsilə sığortalılara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin bağlanması, ləğvi, xitamı, qüvvədən düşməsi və sığorta haqqı barədə məlumat göndərilir.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










