İcra başçısının qəzada ölən qardaşı kimdir?

Rusiya mətbuatında bu yaxınlarda yol qəzasında dünyasını dəyişən Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev haqqında geniş məqalə dərc olunub. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məqalədə Novosibirsk Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti olmuş Babayevin bura ilk gəlişindən, burada qurduğu biznes fəaliyyətindən və layiq görüldüyü yüksək mükafatlardan bəhs olunur.
Müəllif qeyd edir ki, Əliağa ilk tanışlığı 1992-ci ildə Qarabağda baş tutur. “Köhnə Volqa”da Babayevlə birgə hərbi əməliyyatların getdiyi Qarabağa yollanırlar. Müəllif qeyd edir ki, onlar Qarabağda nə baş verdiyini anlamaq üçün Şuşaya gedirdilər: “Təbii ki avtomatsız. Bizim silahımız videokamera, mikrafon və fotoaparat idi”.
Müəllif Ə.Babayev-in 1978-ci ildə Novosibirsk əyalətinə gəldiyini və burada ali təhsil aldığını qeyd edir. Daha sonra “Stroy-Siti” QSC-ni yaradır. Şirkət həm dövlət, həm də yerli əhəmiyyətli yolların tikintisi və təmirində böyük işlər görür. Göstərdiyi fəaliyyətlərə görə, Rusiyada “Şərəf və şöhrət” ordeni, “Rusiyanın ən yaxşı adamları” ensiklopediyasının diplom və medallarına layiq görülüb. Həmin medallar prezident Putinin əyalətə səfəri zamanı azərbaycanlı iş adamına təqdim edilir.
Məqalədə, həmçinin Əliağa Ababayevin 1998-ci mərhum prezident Heydər Əliyevlə görüşünü əks etdirən foto da dərc olunub.

Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












