İcra hakimiyyətindən 200-lə gedən maşınla bağlı ikibaşlı açıqlama - VİDEO

Ağstafa Rayon İcra Hakimiyyəti icra başçısı Məhərrəm Quliyevin avtomobilinin qanunu pozaraq saatda 200 km sürətlə hərəkət etməsi ilə bağlı video və yazılara cavab verib. Bununla bağlı Ağstafa RİH-dən milli.az-da daxil olmuş məktubda bu məlumatın həqiqətə uyğun olmadığı və qurma olduğu bildirilir: "Diqqətlə həmin videoya baxdıqda aydın olur ki, bu qurmadır. Heç bir yaşayış massivi yoxdur və avtomobil saatda 110-dan artıq sürətlə getmir. Buraxılış müddəti on ildən artıq olan avtomobilin bu cür sürətlə idarə olunması absurddur".
Həmçinin qeyd edilir ki, bu videonu çəkən bir jurnalistdir. Həmin adam Ağstafa Rayonu İcra Hakimiyyətinin 1-ci müavininə dəfələrlə zəng edərək haqsız tələblər irəli sürüb və haqlı cavabını da alıb.
Xatırladaq ki, Avtosfer.az dünən reportyor.tv-yə istinadən belə bir məlumat yayıb: "Son zamanlar məmurların yol hərəkəti qaydalarını necə pozmasını əks etdirən foto və videoların sayı artır. Fevralın 29-da, saat 10:25 radələrində çəkilmiş bu videoda isə Ağstafa rayonunun birinci şəxsinin, yəni icra başçısı Məhərrəm Quliyevin 05 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobilinin maksimum sürət saatda 110 km olan yollarda 180-200-lə hərəkət etdiyi əksini tapıb. Düzdür, bu videonu çəkənlər də qayda pozurlar. Amma təəssüflər olsun ki, icra başçısının avtomobili hətta yaşayış məntəqəsində - saatda 90 km sürət rejimi tətbiq olunan ərazidə də 180-200-lə gedir.
Qeyd edək ki, bir müddət əvvəl Mingəçevirin icra başçısının da xidməti maşını saaatda 180-lə gedərkən videosu çəkilmişdi. Bu dəfə isə Ağstafanın icra başçısı Məhərrəm Quliyevin xidməti maşını həmkarını geridə qoyub".
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










