İki "əjdaha" avtomobil şirkətindən gözlənilməz qərar

"Toyota" ilə "BMW" birlikdə maşın istehsal edəcək. Yeni modelin necə olacağı ictimaiyyətə bəlli deyil. Yaponiyanın "Toyota" şirkəti və Almaniyanın avtomobil istehsalçısı "BMW" birlikdə yeni avtomobil üzərində işləyir. Bu barədə məlumatı sözügedən avtomobil konsernlərinin mətbuat xidmətləri yayıb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətlərin birlikdə, məhz necə avtomobil buraxacağı hələ ki, ictimaiyyətə məlum deyil. Ehtimal var ki, şirkətlər birlikdə ümumi platformaya malik maşın istehsal edəcək.
Qeyd edək ki, hazırda "Subaru" və "Toyota"nın birgə layihəsi sual altındadır. Onlar daha əvvəl GT86 və BRZ markalı avtomobillər istehsal etmişdi. Hələ ki, "Subaru" şirkəti yenilənmiş BRZ modellərinin gələcək inkişafı ilə bağlı hər hansı plana malik deyil. Məlumata görə, direktorlar şurasının bir çox nümayəndəsi BRZ-ə üstünlük verir. Onların fikrincə, bu model avtomobil gənc avtomobilsevərlərin xoşuna gəlir. Onlar hələlik ikinci nəsil "yaşıl rəng" avtomobillərini hələ ki, dövriyyəyə buraxmayıblar. Əlavə edək ki, "Subaru" BRZ dünya bazarında çox yaxşı satılır. Artıq keçmiş yay modelində yeniliklər edilib. Yeni modeldə avtomobilin idarəetməsi və gücü artırılıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










