İki qadını vuraraq qaçan sürücü tutuldb - Bakıda

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumatda bildirilib ki, iyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı, 01-AB-055 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar - Qiymət İbrahimova və Xədicə Kərimovanı vuraraq qaçıb, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










