İlham Əliyev Avtomobil Federasiyasının prezidentini qəbul edib

Bu gün Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib. Avtosfer.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda Formula-1 yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını deyib.
Formula-1 yarışının əhəmiyyətini qeyd edən dövlət başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfəsini verdiyini bildirib. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












