İlham Əliyev məmurlara “Lifan” sürməyi tövsiyyə etdi

Regionların inkişafı proqramının gedişinə dair müşavirədəki çıxışında prezident İlham Əliyev korrupsiya probleminə də toxunub. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.
İlham Əliyev daha sonra məmurları xalqa xidmət etməyə çağırıb. Onun sözlərin görə, hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. “Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.
Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: “Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Xatırladaq ki, Naxçıvandakı avtomobil zavodu Çinin “Lifan” şirkəti ilə birlikdə “NazLifan” markalı avtomobillər yığır. Bu avtomobillər indiyədək əsasən əlillərə dövlət tərəfindən pulsuz paylanırdı. Azərbaycan məmurları isə əsasən “Mercedes” və BMW markalı limuzinlərə, habelə “Lexus”lara və digər bahalı markalara üstünlük verirlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












