İlin ən parlaq “ulduz yağışı” başladı

Bu ay Yer sakinlərini parlaq “ulduz yağışı” təəccübləndirəcək. Perseida adlı ən güclü meteor axını artıq gecə səmasını işıqlandırmağa başlayıb. Avtosfer.az trend-ə istinadən məlumatına görə, Perseida meteor axını hər il avqust ayında baş verir. Ulduz düşməsi adətən 17 iyul - 24 avqust tarixlərində fəal olur. Beynəlxalq meteoroloji təşkilatın verdiyi məlumata görə, 12 avqust tarixində saat 22.15–dən 00.45- dək ulduz düşməsi fəallığının maksimal həddinə çatacaq. Nəticədə, meteorların sayı otən illərə nisbətən 150-200-dək artacaq. Qeyd edək ki, ulduz yağışı yer atmosferində xırda hissəciklərin yanması nəticəsində yaranır. Əksər meteor axınları kimi Perseida da kometa “quyruğunun” qalıqlarından yaranır. Kometa özü Yer kürəsinə yalnız 135 ildə bir dəfə yaxınlaşsa da bizim planetimiz onun “quyruğunun” arasından hər il keçir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










