İlk avtomobil radioqəbulediciləri nə vaxt yaranıb?

Avtomobillərdə musiqi aparatının quraşdırılması heç də avtomobil istehsalçıları ilə əlaqəli deyil. Avtosfer.az xəbər verir ki, bu sahədə başqa təyinatlı şirkətlər ilk addımı atıb. 1929-cu ildə gələcəkdə “Motorola” şirkətini təsis edəcək Pol və Cozef Qalvin qardaşları (o zamanlar "Galvin Manufacturing Corporation” şirkətinin sahibi olublar) tərəfindən bazara ilk avtomobil radiosu təqdim edilib. “Motorola” adlı müvafiq musiqi qurğusu yararlı kommersiya məhsulu görünüşünə malik olub.

Qeyd etmək lazımdır ki, həmin illərdə “-ola” suffiksi səs elektronikası istehsal edən şirkətlər arasında böyük populyarlığa sahib olub. Bu obrazla yeni radioqəbuledicinin adında avtomobil tematikası (motor) və səs (ola) ahəngi yaranıb. Ümumilikdə isə anlamı “hərəkətdə olarkən səs” mənasını ifadə edib.
Müvafiq ixtira tarixdə kommersiya baxımından uğurlu ilk avtomobil radioqəbuledicisi olub. İlk model isə şirkətə məxsus “Studebaker” avtomobilində quraşdırılıb.
Qeyd edək ki, 1947-ci ildə şirkətin köhnə adı “Motorola Inc” ilə əvəzlənib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












