İnternetdə maşın satanlara pis xəbər

Azərbaycanda ən populyar avtomobil alqı-satqısı portalı olan turbo.az saytında istifadəçiləri narazı salan dəyişiklik edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sayt rəhbərliyi dəyişib. Daha doğrusu, saytı başqasına satıblar. Bu səbəbdən də artıq saytda bəzi xidmətlər pulludur. Oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, turbo.az saytında avtomobil satmaq üçün elan yerləşdirənlərdən 10 manat tələb olunur. Belə ki, maşın bir ay ərzində satılmırsa elanı saytdan silirlər. Elan təkrar yükləndikdə isə 10 manat tələb olunur. Avtomobil alqı-satqısı ilə məşğul olanlar bu dəyişiklikdən narazılıq edirlər.
Turbo.az saytından Avtosfer.az-a bildirdilər ki, saytda hər bir elanın yerləşdirilməsi pulsuzdur. Son 10 il ərzində və gələcəkdə odənişli elanların yerləşməsi nəzərdə tutulmur. Eyni zamanda saytda müəyyən odənişli xidmətlər var, hansı ki, hər müştəriyə maşının alıb-satmaqda dəstək ola bilər. 3 AZN, 10 AZN ödəyərək və ya digər odənişli xidmətlərdən istifadə edərək hər bir istifadəçi öz elanını irəlidə görulməsinə imkan yaradır. "Ödənişli elanların yerləşdirilməsi haqqında yayılan məlumatlar əsassızdır".
Fərid
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












