İran Azərbaycanda avtobus istehsal etmək istəyir

Martın 12-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam RespublikasınınŞərqi Azərbaycan əyalətinin valisinin ictimai-siyasi məsələlər üzrə müavini Səid Şəbistərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd edib.
İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin valisinin müavini Səid Şəbistəri dövlət başçılarının birgə səyləri nəticəsində son illər ölkələrimiz arasında əlaqələrin genişləndiyini, İranın Şərqi Azərbaycan vilayətinin sənaye sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində maşınqayırma sahəsində fəaliyyət göstərən müəssisələrin təmsil olunduğunu qeyd edən Səid Şəbistəri Azərbaycanın bu sahədə fəaliyyət göstərən şirkətlərini ölkəsinə dəvət edib. İranlı qonaq Azərbaycanda sənaye parklarının yaradılmasını müsbət qiymətləndirib. Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu” və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu barədə məlumat verilmiş, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) da olmuşdur. Qonaqlara sənaye parkında investorlar üçün yaradılmış əlverişli imkanlar, sənaye parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar barədə məlumat verilib. Sonra SKSP-də İran nümayəndə heyəti ilə Azərbaycanın maşınqayırma müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu”u və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu ilə Azərbaycanın maşınqayırma müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfər zamanı İran nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olublar.
Fidan
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










