İrəvanda mitinq dağıdılıb, 50 nəfər saxlanılıb, 30 yaralı - YENİLƏNİB

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı dəstə tərəfindən ələ keçirilən İrəvan polis post-patrul xidməti alayının binasının ətrafını nümayişçilərdən təmizləyib. "Report" "İnterfax"a istinadən xəbər verir ki, təqribən 50 nəfər, eləcə də, müxalifətdən olan "İrs" partiyasının sədr müavini Armen Martirosyan saxlanılıb. Ərazi gücləndirilmiş polis dəstələri ilə əhatəyə alınıb. Polis tərəfindən nümayişin dağıdılması üzrə irimiqyaslı əməliyyat ələ keçirilmiş alay binasının paralel olaraq iki tərəfindən həyata keçirilib. Nümayişçilərin dağıdılması üzrə əməliyyatlardan birinin həyata keçirildiyi yaşayış məhəlləsində, ilkin məlumatlara görə, bir ev yanıb. Yanğının səbəbləri hələ ki, məlum deyil.
***01:09
İrəvanda müxalifətin nümayişinin dağıdılması zamanı, ilkin məlumatlara görə, 30 nəfər yaralanıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan öz "Facebook" səhifəsində yazıb. Nazirliyin məlumatına görə, "təcili yardım" xərəklərində "Surb Qriqor Lusavoriç" tibb mərkəzinə 20, "Qeratsi" xəstəxana kompleksinə 1, "Armeniya" tibb mərkəzinə 1, "Erebuni" tibb müəssisəsinə isə 7 yaralı gətirilib. İyulun 29-da mitinqin dağıdılması zamanı polis əməkdaşları xüsusi vasitələr tətbiq ediblər. Jurnalistlər arasında da xəsarət alanlar var.
***23:28, 29 iyul
İrəvanda nümayişçilərlə polis arasında toqquşma baş verib, xəsarət alanlar var. Ərazidə yanğın başlayıb, nümayişçilər mütəşəkkil şəkildə geri çəkilməyə çalışırlar. "Azadlıq" Radiosunun Ermənistan bürosunun ("Azatutyun") məlumatına görə, ərazidə çəkiliş aparan əməkdaşları Karlen Aslanyan və Ovannes Movsisyan mülki geyimli şəxslər tərəfindən döyülüblər.
***23:05
"Sasna srer" silahlı qruplaşması tərəfdarlarının bir hissəsinin toplaşdığı İrəvanın Xorenatsi küçəsində nümayişçilər ilə polis arasında toqquşmalar başlayıb. "Report" "news.am"a istinadən xəbər verir ki, polis əməkdaşları şifahi xəbərdarlıqdan dərhal sonra hərəkətə keçərək nümayişçilərə tüstü şaşkaları atıblar.
***21:45
İrəvanın "Azadlıq" meydanında iyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" silahlı dəstəsinə dəstək mitinqi start götürüb. Mitinqi müxalifətdən olan "İrs" partiyasının üzvü Armen Martirosyan aparır. "Biz mübarizənin dərəcəsini zəiflətdik, hakimiyyət bundan istifadə etdi", - deyə o bildirib. Müxalifətçi hakimiyyətə "Sasna srer"ə qarşı rusiyalı snayperlərin işlədiyinə dair yayılan şayiələri təkzib etmək tələbi irəli sürüb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













