İsmayıllıda 3 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK təfərrüat - FOTO

Bu gecə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Qaraməryəm-İsmayıllı-Qəbələ yolunda “Mercedes” markalı avtomobilin yüksək sürətlə aşması və bir neçə dəfə yuvarlanması məlum olub. Bildirilir ki, Vəndam kəndindən olan 1984-cü il təvəllüdlü Asim Alıyev həmkəndliləri və kiçik qardaşı Rasimlə yaşadıqları Qəbələnin Vəndam kəndindən İsmayıllıya yola düşüblər. Onlar İsmayıllıda yeyib-içdikdən sonra gecə saatlarında kəndə qayıdıblar. Yolda avtomobildə olan şəxslərdən Rəşad Əkbərov avtomobildən düşüb. O, A.Alıyevə maşını içkili halda yüksk sürətlə sürdüyünü bildirib və ölmək istəmədiyini deyərək düşərək uzaqlaşıb. Bir qədər sonra taksi ilə yoluna davam edən R.Əkbərov yoldaşlarının dəhşətli qəzaya düşdüyünü və onlardan üçünün öldüyünü görüb. Avtomobildə olan şəxslərdən yalnız sürücünün 27 yaşlı qardaşı Rasim Alıyev sağ qalıb ki, o da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən şəxslərdən Elbrus Həlimov evin tək oğlu olub və hələ ailə qurmayıbmış. Asim Alıyev və Uğur Mürsəlov isə ailəli olub və azyaşlı övladları qalıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













