“İkinci əl” avtomobillər kəskin bahalaşacaq – BU TARİXDƏN

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Bu məsələ Milli Məclisin Vergi Məcəlləsinə etdiyi dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin mühərrikli minik avtomobillərinə görə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
Bu qərar “ikinci əl” avtomobillərin bahalaşmasına səbəb olacaq?
Avtosfer.az xəbər verir ki, məsələləyə aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bizim.Media"ya bildirib ki, köhnə avtomobillərə tətbiq olunacaq yeni aksiz dərəcələri 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcək:
“Dəyişikliyə görə, istehsal ili 7-dən çox olan minik avtomobillərinin idxalında tətbiq olunan yüksəldici əmsallar artırılır. Benzin mühərrikli avtomobillər üzrə əmsal 1.2-dən 1.5-ə, dizel mühərrikli avtomobillər üzrə isə 1.5-dən 2.0-a qaldırılır. Bu isə aksiz vergisinin avtomobilin mühərrik həcminə görə hesablandığı üçün ümumi vergini nəzərəçarpacaq dərəcədə artıracaq. Verginin artması idxal olunan köhnə avtomobillərin maya dəyərini yüksəldəcək və nəticədə bazarda satış qiymətlərinin də artmasına səbəb olacaq. Bu dəyişiklik köhnə avtomobillərin ümumilikdə bahalaşmasına gətirib çıxaracaq və xüsusilə 7 yaşdan yuxarı, böyük mühərrikli maşınlarda artım daha çox hiss olunacaq”.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










