Jaguar-dan təkmilləşdirilmiş XJ - FOTO

Jaguar şirkəti Mercedes-AMG S63-ün rəqibi olacaq yeni nəsil sedan XJ-in təkmilləşdirilmiş versiyasını rəsmən təqdim edib. Yenilik barədə hələ iyun ayında Hudvudda keçirilən sürət festivalında elan edilmişdi. Lakin o vaxt qonaqlara avtomobilin müəyyən hissəsini göstərmişdilər. Jaguar XJR575-i 5-litrlik, 8-silindrli kompressorlu mühərriklə (575 a.g. və 700 Nm fırlanma anı) təchiz ediblər. Bu, əvvəlki nəsil Jaguar XJR-də olandan 25 a.g. çoxdur. Sedan yerindən 100 km/saata 4,4 saniyəyə sürətlənir. Bu, sələfindən 0,2 saniyə daha tezdir, lakin Mercedes-AMG S63-dən 0,2 saniyə gec. Maksimal sürət isə 300 km/saatdır.
Jaguar XJR575 XJ sırasının təkmilləşdirilmiş hissəsidir. Restaylinq olunmuş flaqman sedanı tam diodlu qabaq faralar, 10-düymlük sensorlu ekranı olan modernləşdirilmiş Touch Pro dəsti, o cümlədən 4G standartlı simsiz Wi-Fi alıb. Təkmilləşdirilmiş Jaguar XJ 2017-ci ilin noyabrında satışa çıxarılacaq.
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır

















