Jaguar yeni universal XF təqdim edib - FOTO

Jaguar şirkəti ikinci nəsil XF modelinin universal banda yeni modifikasiyasını təqdim edib. Beşqapılının təqdimatı Britaniyada keçiriləcək. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Jaguar XF Sportbrake yüngül alüminium arxitektura üzərində yığılıb. Bunun sayəsində universal sələfindən daha yüngül alınıb. O, 1660 kq çəkiyə malikdir. İstehsalçıların sözlərinə görə, yeni şassi oxlar arasında ideal çəki bölgüsünə nail olmağa imkan verib – təqribən 50:50. Yenilik sələfinə nisbətən 9 mm qısadır, lakin təkər bazasının ölçüsü 51 mm böyüyüb. Qarşı müqavimət əmsalı 0,29-dur – bu, sedanda olduğu kimidir. Jaguar XF Sportbrake-in baqajının həcmi 565 litrə çatır – bu, sedandan 25 litr böyükdür. Arxa oturacaqlar tam yığılarsa baqaj həcmi 1700 litrə çatacaq ki, bu da dördqapılı XF-dən 815 litr çoxdur. Bundan əlavə, damda 320-litrlik baqaj sayəsində 100 kiloqramlıq yük daşımaq olar. Mühərrik qammasında üstünlük Ingenium ailəsinə məxsus 2-litrlik, dizellə çalışan alüminium dördlüyə veriləcək. Bu, Land Rover-lə birgə hazırlanıb. Onlar 163, 183 və ya 240 a.g.-ə malikdir. Ən güclü mühərrik 300 a.g.-ə malik 3,0-litrlik V6-dır. XF Sportbrake, həmçinin 250 a.g.-ə malik, 2-litrlik benzin mühərrikə də malik olacaq.










Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












