“Jetour T2”-nin texniki təlimi Azərbaycanda keçirildi – Yüksək nəticə - FOTO-VİDEO

Aprelin 2-dən 5-dək Bakıda “Jetour T2” modelinin texniki təlimi baş tutub. Təlimdə 6 ölkədən nümayəndələr iştirak edib. Azərbaycan, Belarus, Tacikistan, Gürcüstan, Çin, Özbəkistan və Qazaxıstan nümayəndələri iki gün ərzində “Jetour”un rəsmi satış salonuna gələrək T2 modeli ilə tanış olub, daha sonra “Courtyard Marriott”da keçirilən təlimə start verilib. Üç gün ərzində iştirakçılara T2 (Jetour Traveler) modeli haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. Bütün ölkələrinin nümayəndələri avtomobili texniki baxışdan və sınaqdan keçiriblər.
Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunub və onlara “Jetour” brendindən hədiyyələr təqdim edilib.
Hər kəsin çoxdan gözlədiyi “Jetour T2” avtomobil modeli artıq bir neçə aydır Azərbaycandadır. 2.0 turbo mühərrik, 7 pilləli DCT transmissiya ilə təchiz edilmiş T2 əsl səyahət maşınıdır. 254 at gücü olan avtomobil 180 km/saat sürət yığa bilir.
5 yerlik avtomobilin içərisi genişdir və panorama lyuk ilə təhciz edilib. Həmçinin açarsız daxilolma, müxtəlif rejimlərdə işləmə funksyaları avtomobilə özəllik qatır.

Avtomobilin sükan sistemi tam elektronikdir. Eyni zamanda iri monitorla təhciz olunub. Sürücü rahat şəkildə monitorda istənilən funksyanı bir toxunuşla həyata keçirə bilər.
Bu avtomobil yolsuzluq həvəskarları üçün ideal seçimdir. Çində "Səyahətçi" kimi tanınan Jetour Traveller qiymətinə və yanacaq sərfiyyatına görə də idealdır. 100 km-ə cəmi 8.8 litr yanacaq sərfiyyatı var və A 92 benzinlə rahat işləyir.
Siz bu avtomobili 57 min 900 manata əldə edə bilərsiniz.
Jetour T2 sahibi olmaq və avtomobillə birlikdə yeni səyahətlərə çıxmaq üçün “Jetour Azerbaijan”a müraciət edin!
Ətraflı məlumat üçün:
+994 012 526 00 78
https://www.jetour.az/
Babək pr.,2269

Azərbaycanlı məşhurların bahalı avtomobil nömrələri - VİDEO
"Tesla"nın gələcəyi avtomobil deyil? - Rəqəmlər bunun əksini deyir
Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi artırıldı – Bu qədər oldu
"Stellantis"in 700 min avtomobilində nasazlıq aşkarlanıb – Aralarında populyar markalarda var
Elektrikli avtomobillər üçün yeni qaydalar hazırlanır - BU TARİXDƏ
Rusiyada hibrid avtomobil hazırlanır - FOTO
Neftdən yan keçmək üçün hazırlandı, münaqişənin qurbanı oldu
Çində yenidən universal avtomobillərə tələbat yaranır
Bloqer “Changan”dan şikayət etdi - Sanki "Zapı" sürürəm
Avtomobil istehsalı ilə bağlı yeni qaydalar qüvvəyə minir
Siyasətçi Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə etdi



















