Kəlbəcər istiqamətində çəkilən yolun - Videosu

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3.2 kilometrdir. Sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7.5-13 metr arası dəyişir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa su ötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.
Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31200 m2 sahənin asfaltlanması nəzərdə tutulub.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














