Kəlbəcərdə "Anadır arzulara hər zaman Qarabağ" belə oxundu - VİDEO
Qarabağ 21 Noyabr 2020 18:30 Oxunub 648
Kəlbəcərdə "Anadır arzulara hər zaman Qarabağ"  belə oxundu  - VİDEO

30 illik əsarətin 44 günlük dözümlü mübarizəsiylə əldə olunan qələbə sevincini əks etdirən bir çox görüntülər yayılıb.

Avtosfer.az əsgərlərimizin işğaldan azad olunmuş Kəlbəcərdə çəkdiyi maraqlı videosunu sizə təqdim edir.

Hava şaxtalı olsa da, avazı bülbül kimi olan xanəndəmiz ön cəbhədə xidmət edən əsgərlərimizə Qarabağ mahnısını oxuyaraq onların könlünü oxşayıb.

Müharibənin ilk günlərindən ön cəbhədə olanların ruh yüksəkliyi, sevincli halı bizlərə - arxa cəbhədə olanlara böyük dayaq oldu.

Murovun zirvəsini yorğan kimi örtən bəmbəyaz qar təki, qələbənizlə xalqımızın üzünü ağ elədin, ey Azərbaycan əsgəri! Səsin daim zirvələrdən gəlsin, Vətən oğlu!

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh