Kəmər taxmayan sürücüləri hər gün kamera çəkəcək – MMX protokol

Martın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklik sürücüləri narahat edən bir məsələyə aydınlıq gətirib. Yeni Məcəllə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü barəsində elektron protokol tərtib edilməsini nəzərdə tutur. Məlum olduğu kimi, kəməri bağlamadan avtomobili idarə etmə davam edən xətadır və bu xətanı törədən şəxs barəsində qısa fasilələrlə bir neçə nəzarət kamerasının qeydə alması nəticəsində çoxlu sayda elektron protokol tərtib edilə bilər. Avtosfer.az-ın məlumatına görə, yeni dəyişiklik bu məqama aydınlıq gətirib. İXM-in 329-cu maddəsinin qeydində göstərilir ki, təhlükəsizlik kəmərindən istifadə etməyən eyni sürücü barəsində bir gün ərzində cəmi bir elektron protokol tərtib oluna bilər.
Bununla belə, bu yenilik kəmər bağlamayan sürücünün gün ərzində DYP əməkdaşları tərəfindən yerində saxlanılaraq dəfələrlə məsuliyyətə cəlb edilməsini istisna etmir, yəni belə sürücü kəmərdən istifadə etmədən avtomobili sürməkdə davam edərsə, DYP əməkdaşı onu hər dəfə saxlayanda yeni protokol yaza bilər.
Kəmərlə bağlı gün ərzində yalnız bir elektron protokol tərtib edilə bilməsinə dair yeni norma təcrübədə çətinliklər də yarada bilər. Belə ki, DYP-nin Mərkəzi İnformasiya Sistemi bir gün ərzində eyni sürücü barəsində bir elektron protokol tərtib etdikdən sonra həmin gün ikincisini tərtib etməməlidir. Deməli, bu sistemin proqramı elə qurulmalıdır ki, ikinci protokolun tərtibi mümkün olmasın.
Bu düzəliş edilərkən qanunverici oxşar bir məsələni unudub. Söhbət İXM-in 329.2-ci maddəsində nəzərdə tutulan xətadan (motodəbilqə taxmadan və ya onu düymələmədən motosikleti idarə etmə, yaxud motodəbilqəsi olmayan və ya onu düymələməyən sərnişinləri motosikletdə daşıma) gedir. Həmin xəta da elektron protokolla rəsmiləşdirilə bilər. Yaxşı olardı ki, kəmər bağlamayan sürücülərə edilən güzəşt dəbilqəsiz motosikletçilərə (həmçinin dəbilqəsiz sərnişin daşıyan motosikletçilərə) də edilsin. Normanın hazırki mahiyyətindən belə çıxır ki, dəbilqəsiz motosikletçi və ya dəbilqəsiz sərnişin daşıyan motosikletçi barəsində gün ərzində dəfələrlə elektron protokol tərtib oluna bilər. Özü də motosikletdə dəbilqəsiz hərəkət etməni nəzarət kameraları daha yaxşı qeydə alacaq, nəinki kəməri bağlamadan avtomobil idarə etməni.
Ərşad Hüseynov,
hüquqşünas
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










