"KİA" ucuz elektrik avtomobili istehsal etməyi planlaşdırır

Cənubi Koreyanın avtomobil nəhəngi KIA növbəti illərdə elektrik avtomobillərinin xəttini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.
Avtosfer.az-ın nüfuzlu Britaniya nəşri "Autocar"a istinadən verdiyi məlumata görə, şirkət "EV1" indeksi ilə ultra əlçatan elektrik avtomobili və idman xarakterli flaqman model üzərində işləyir.
KIA-nın hazırkı əsas məqsədi başlanğıc qiyməti 25-30 min avro arasında olan elektrik avtomobili istehsal etməkdir. Lakin şirkətin ambisiyaları daha böyükdür: perspektivdə elektrik avtomobilləri dünyasına "giriş həddi"ni 20 min avrodan aşağı səviyyəyə endirmək planlaşdırılır. Belə bir elektrik avtomobili populyar "KIA Picanto"nun batareyalı alternativi olardı. Bununla belə, bu planları həyata keçirmək üçün hazırda bazarda mövcud olandan daha ucuz batareyalar lazımdır.
Büdcəli "EV1"in inkişafı ilə paralel olaraq, KIA idman sedanı "Stinger GT"nin ideoloji varisi olan avtomobilin buraxılması imkanını araşdırır. Təxminlərə görə, brendin yeni flaqmanı tam ötürücü sisteminə və 600 at qüvvəsindən çox gücə malik ola bilər.
"KIA Motors"un prezidenti Ho-sunq Sonqun qeyd etdiyi kimi, Avropada elektrik avtomobillərinə tələbatın hazırda zəifləməsinə baxmayaraq, şirkət gələcəyə nikbinliklə baxır. Top-menecerin fikrincə, cari tənəzzül müvəqqəti hadisədir və uzunmüddətli perspektivdə elektrik avtomobillərinin geniş yayılması trendi davam edəcək.
(oxu.az)
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var












