Köhnə avtomobil sürənlərə pis xəbər: Belə maşınlar yığışdırılacaq - VİDEO

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün son addımlar atılır. Bununla bağlı hazırlanan yeni proqram tamamlanmaq üzrədir. Layihədə vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirilib.
Ölkəmizdə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb.
"Təmiz Şəhər" Açıq Səhimdar Cəmiyyətinin hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bildirdi ki, layihədə 2 dəfə zəruri dəyişiklik edilib. Onun sözlərinə görə proses sonuncu mərhələdədir. Qurum rəsmisi qeyd etdi ki, müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələr baxılması üçün Nazirlər Kabinetinə göndəriləcək. Mirzə Laçınov vətəndaşlar üçün qaranlıq qalan əsas məsələlərdən birinə də aydınlıq gətirib.
Layihədə stimullaşdırıcı addımlar da nəzərdə tutulub. Mirzə Laçınov vurğuladı ki, Nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil alınarkən həmin nəqliyyat vasitəsinin alış məbləğinə güzəşt tətbiq ediləcək.
Utlizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomabillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır.
Qeyd edək ki, layihə təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayacaq.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək










