Köhnə avtomobillər qlobal iqlim hədəflərinə çatmağa mane olur - BMT

Avtomobillərin ətraf mühitə zərərli təsiri hər kəsə məlumdur. Nəqliyyat vasitəsi köhnəldikcə onun doğurduğu təhlükə daha da artır. İnkişaf etmiş ölkələr problemi kasıb ölkələrin hesabına həll etməyə çalışır: köhnə avtomobillər dəyər-dəyməzinə digər ölkələrə satılır. Bu gün ABŞ-da hərraclarda 300 dollara da maşın tapmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, inkişaf etmiş ölkələrin köhnə maşınları digər ölkələrə ötürməsinin yaratdığı fəsadlar hətta BMT sənədlərində də əks olunub. Məsələ 2021-ci ildə COP26-nın (Polşa) gündəliyinə salınsa da ciddi irəliləyiş olmayıb. Mexanizm də çox sadədir: ABŞ, Avropa, Yaponiya və ya Koreyada 5 il və daha çox istismar edilmiş maşınlar ucuz qiymətə kasıb ölkələrə satılır. Yük texnikası, avtobus və qatarların isə ümumiyyətlə “hədiyyə edilir”.
Əsl faciə də bundan sonra başlayır. Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, kasıb və inkişaf etməkdə olan ölkələrdə köhnə avtomobil sayı artdıqca ekoloji problemlər də ağırlaşır. Bu artım həmin ölkələrin yaxın gələcəkdə iqlim hədəflərinə nail olması üçün ən ciddi maneədir. Lakin məsələ təkcə iqlimlə bitmir.
İnkişaf etmiş ölkələrdən idxal edilən maşınların əksəriyyəti ömrünü başa vurmuş texnikalardan ibarətdir. Problem Afrikada daha ciddi hiss olunur. Qitənin bütün böyük şəhərlərinin havasında dəm qazının həcmi normadan çoxdur. Bu da əlavə xəstəlik mənbəyidir.
İstismara yararsız maşınların çoxluğu həm də qəzaların sayı ilə düz mütənasibdir. Bu gün əksər Afrika ölkələrində avtomobil qəzalarında ölənlərin sayı münaqişələrdə ölənlərin sayını üstələyir.
Nəqliyyat qəzaları iqtisadiyyata ziyan vurmaqla yanaşı turistləri də çəkindirən amildir. Beynəlxalq ekspertlər hesab edirlər ki, köhnə texnikanın başqa ölkəyə satılması qlobal ətraf mühit problemini həll etmir, əksinə hədəflərə çatmağı qeyri-mümkün edir. Çünki planet bütövdür, bir hissədə baş verən fəsad digərinə zərərsiz ötüşmür.
Vüqar Yaşaroğlu
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










