Köhnə avtomobilləri küçələrə atırlar – FOTO

Paytaxtın Suraxanı rayonunda sakinlər köhnə avtomobilləri küçələrə atırlar.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Hövsan qəsəbəsinin küçələrində istismar müddətini başa vurmuş, habelə təmirə ehtiyacı olan nəqliyyat vasitələrinin sayı artmaqdadır.
Köhnə avtomobillərin aylarla küçələrdə istifadəsiz qalması hallarına indi daha çox rast gəlinir. Əgər əvvəllər küçələrə atılmış avtomobillərin sayı 1-2 idisə, indi onların sayı 10-dan artıqdır.
Qeyd edək ki, bəzi ölkələrdə hələ ötən əsrin 60-70-ci illərində istismar müddətini başa vurmuş, köhnəlmiş avtomobillərlə bağlı nəqliyyat vasitələrinin utilizasiyası qanunu mövcuddur. Ayrı-ayrı dövlətlərdə istismara yararsız köhnə avtomobillər, texniki baxışdan keçə bilməyən nəqliyyat vasitələri çıxdaş edilir, küçələrdən yığışdırılır.
Amma respublikamızda bununla bağlı hər hansı qanun qəbul edilmədiyindən küçələrdə, həyətyanı sahələrdə, yol kənarlarında qalan istismara yararsız avtomobillərin sayı artır.



Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












