Banner

Köhnə avtomobillərin ömrünə az qalıb - FOTOLAR

Avtoxəbər 17 İyun 2014 00:40 Oxunub 8924
Köhnə avtomobillərin ömrünə az qalıb - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Köhnə avtomobillərin alınmasina 2-3 milyard manat vəsait tələb olunur»

 


Kamran Əliyev: «Dövlət hansı qərari verəcəksə, biz də onu icra edəcəyik» 

 

Yay mövsümü yaxınlaşdıqca tıxaclarda sıradan çıxan avtomobillərin sayı artır. Bu isə onsuz da gediş-gəliş çətin olan yollarda hərəkəti daha da məhdudlaşdırır. Bəzən isə avtomobillər nasazlıq səbəbindən yollarda yanaraq sıradan çıxır. Belə hallar isə daha çox ili köhnə olan keçmiş sovet istehsalı olan avtomobillərlə bağlı yaşanır. Əslində istimar müddətini bitirən həmin avtomobillər bir çox hallarda digər yol hərəkəti iştirakçıları üçün də problem yaradır. Həmçinin, bu avtomobillərdən havaya buraxılan zərərli qazların miqdarı normadan artıq olduğu üçün ekologiyaya ziyan vurur. Bir müddət əvvəl həmin avtomobillərin istismardan çıxarılması ilə bağlı söz-söhbət olsa da, bu məsələ reallaşmadı. Maraqlıdır, istismar müddətini başa vuran həmin avtomobilərin istismarının dayandırılması mümkündürmü?

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov deyir ki, bu məsələyə birmənalı yanaşmaq doğru deyil: «Qanunvericiliyə görə hər bir avtomobil qanunla müəyyən edilən qaydada texniki baxışdan keçirilir. Əgər avtomobilin istismar müddəti 10 ildən artıqdırsa, həmin avtomobil hər il texniki baxışdan keçirilməlidir. Burada da məqsəd ondan ibarətdir ki, istismara yararsız avtomobillər istismara buraxılmasın və ya həmin nasazlıqlar aradan qaldırılsın. Digər tərəfdən polislərin avtomobilləri saxlayıb texniki müayinədən keçirilib-keçirilməməsini yoxlaya və nasaz avtomobillərdə bu problemin aradan qaldırılmasını tələb edə bilər. Amma bu avtomobillərin istismarı hazırda daha çox onların sahiblərinin özlərindən asılıdır». 

Ə.Hüseynovun sözlərinə görə, istismar müddəti bitən avtomobillərin dövlət tərəfindən alınması o qədər də inandırıcı deyil: «Rusiyada bu addım atılarkən dövlət avtomobil sənayesinin həm də inkişafını nəzərdə tuturdu. Çünki dövlət vətəndaşa köhnə avtomobillərin qarşılığında bir qədər maliyyə verirdi. Həmin vəsait isə vətəndaşın adına açılan bank hesabına köçürülürdü və bu vəsait ancaq Rusiya istehsalı olan avtomobilin alınmasına sərf edilə bilərdi. Hazırda isə Azərbaycanda belə bir həll yolunun tapılması çətindir. Çünki ölkəmizdə avtomobil sənayesi yoxdur. Sadə bir hesablama aparsaq, köhnə avtomobillərin alınması üçün təxminən 2-3 milyard manat vəsait tələb olunduğunu görərik. İndiki halda isə bunu etmək mümkün deyil. Sadəcə problemin həlli üçün avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vəziyyət bir qədər ciddiləşdiroilməlidir. Həmçinin yararsız avtomobillərin istisamarına qadağa qoyulmalıdır. Digər tərəfdən qanunvericilikdə olan avtomobillərin çıxdaş edilməsi ilə bağlı normalar işləməlidir». 

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, standartlara cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması mərhələli şəkildə həyata keçirilə bilər: «İlk 3 il ərzində 1990-cı ilə qədər istehsal olunan avtomobillər dövlət tərəfindən kompensasiya ödənərək alına bilər. Bu tip avtomobillərin qiymətinin kifayət qədər ucuz olması dövlət büdcəsinə  ciddi təsir göstərməz. Daha sonra isə 1995-ci ilə kimi istehsal olunan nəqliyyat vasitələrinin dövlət tərəfindən alınaraq dövriyyədən çıxmasına nail olmaq mümkündür. İli köhnə olan avtomobillər vətəndaşlardan dövlət tərəfindən alınsa, hər iki tərəf bundan razı qalar». 

Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyir ki, deyir ki, əgər nəqliyyat vasitəsi sazdırsa, ilindən asılı olmayaraq o istismar oluna bilər: «Köhnə  avtomobillərin vətəndaşlardan alınması isə bizim səlahiyyətimizdə deyil. Biz icraedici orqanıq. Dövlət hansı qərarı verəcəksə, biz də onu qanunvericilik çərçivəsində icra edəcəyik». 

Qeyd edək ki, hazırda ölkədə yol qəzalarının da 70-75 faizi məhz ili köhnə avtomobillərin payına düşür. Əsas problem ondadır ki, ölkəyə gətirilən avtomobillərin yarıdan çoxu paytaxtda istismar olunur. Bu da öz növbəsində tıxacların yaranmasına və ekoloji cəhətdən problemlərin yaranmasına gətirib çıxarır. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, hazırda ölkədəki avtomobillərin 20 faizi heç bir standara cavab vermir. Yerdə qalan 40 faizi avro 1 standartına, 30 faizi isə avro-2 və avro-3 standartlarının payına uyğundur. Avro-5 standartına uyğun avtomobillər isə ümumi bazarın 10 faizni təşkil edir. 

 

Ucnoqta.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ilgar 10 Noyabr 2014 22:55
Bu masinlar surelesi masinlar deyil. Bunlar coxdan oz muddetini bitirib. Olke seherlerini gozden salirlar. Olmaz ki, ele bizim Avtomobil zavodlarimiz tam gucu ile islesin ve hetta boyusun ve masinlarin hamisini yerli istehsal ile evez olunsun.