Köhnə maşınla xəttə çıxıb kondisioner yandırmayan 65 taksiyə CƏZA VERİLDİ

Azərbaycanda vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb. Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək", - deyə məlumatda qeyd olunub.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











