Kondisionerdən daha qənaətcil elektromobil: ZİDDİYYƏT, YOXSA QANUNAUYĞUNLUQ?

Dünyada elektrik enerjisinə tələbatın artmasının bir səbəbi də kondisonerlərdir.
Avtosfer.az xəbər verir ki, məlumat Beynəlxalq Enerji Agentliyi 2024-cü ilə dair hesabatında yer alır. Agentlik bildirir ki, əhalinin gəlirlərinin və qlobal temperaturun artması kondisionerdən istifadəni artırır. 2035-ci ilədək bu aqreqatların istifadəsi üçün əlavə 1,2 teravatt elektrik lazım gələcək. Bu da Yaxın Şərqin indiki illik istehlakından çoxdur. İsti günlərin sayının artması ilə kondisonerlər də ölkələrin elektrik şəbəkəsi üçün ciddi yükə çevrilir.
Dünya üzrə elektrik sərfiyyatının 10 faizə qədəri məhz evlərin və ictimai binaların soyudulmasına sərf olunur. Bunun əksinə elektromobillərin batareyalarının doldurulmasına daha az elektrik sərf olunur. 2035-ci ildə yer kürəsində istehsal olunacaq elektrikin 7%-i elektromobil batareyalarının doldurulmasına sərf ediləcək.
Burada belə bir sual da ortaya çıxır: təxminən 1 kilovatt gücə malik kondisioner sərfiyyatına görə qat-qat güclü olan elektromobili necə qabaqlaya bilər? Axı məntiq və fizika qanunları bunun əksini deyir. Cavab sırf mexanikidir.
Kondisionerin istifadə müddəti elektromobil mühərrikinin istifadə vaxtından qat-qat çoxdur. Tıxacda dayanan elektromobilin mühərriki demək olar elektrik sərf etmir. Şəhərdə istismar vaxtı əksər hallarda bu texnikanın hərəkət müddəti 1 saatı keçmir. Tıxacda isə mühərrik ümumiyyətlə dayanır.
Kondisionerə gəlincə: bu qurğular yay vaxtlarında saatlarla dayanmadan işləyir. Böyük ticarət mərkəzləri və ictimai binalarda isə kondisionerlər demək olar söndürülmür. Binaların izolyasiyası pis olduqda onların iş məhsuldarlığı aşağı düşür.
İndi gəldik əsas məsələyə: elektriklə işləyən bütün nəqliyyat vasitələri (elektromobil, tramvay, qatar və s.) rekuperasiya qabiliyyətinə malikdir. Yəni, tormozlama və enişi düşmə zamanı yaranan enerji batareyaları doldurur. Sadə dildə desək, nəqliyyat istifadə etdiyi elektrik enerjisinin bir qismini bərpa edir. Kondisionerdə isə belə bir funksiya yoxdur.
Vüqar Yaşaroğlu
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











