Kondisionerə qaz vurduran sürücülərə xəbərdarlıq - Böyrəklərə və ciyərlərə... - VİDEO

Avtomobillərin kondisionerinə qaz vurdurarkən diqqətli olun. Çünki bir sıra xidmət mərkəzlərində avtomobillərə Çin istehsalı olan qaz vurulur. Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz freonlar həm avtomobilə ziyan vurur, həm də insan səhhəti üçün zərərlidir. Freon qazlarının 1 kiloqramının vurulma qiyməti 30-60 manat arasında dəyişir. Bu qiymət onun istehsal olunduğu ölkədən asılı olaraq dəyişir. Ustaların sözlərinə görə, ən keyfiyyətsiz kondisioner qazları Çində istehsal olunanlardır. Ona görə də qiyməti ucuzdur. Mütəxəssisləri sözlərinə görə, Çin istehsalı olan freonlar avtomobilə ziyan vura bilər, həm də bu qaz daha tez bitir. Kondisionerə vurulan keyfiyyətsiz qaz böyrəyində və ciyərlərində problem olan insanlar üçün təhlükəlidir.
Mütəxəssislər sürüclərə avtomobilin kondisionerinə qaz vurdurarkən onun istehsal və son istifadə tarixinə, eləcə də istehsal edildiyi ölkəyə diqqət etməyi məsləhət görürlər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












