Kondisionerin zərəri: avtomobildə və evdə

Artıq bir-neçə günə Bakıda sərin və küləkli havalar yerini əsl yay havasına verəcək. Beləliklə, evlərdə və avtomobillərdə kondisionerlər işə düşəcək.
Avtosfer.az xəbər verir ki, kondisonerin təyinatı mikroiqlim yaradaraq insanın rahat iş fəaliyyətini təmin etməkdir. Lakin düzgün istifadə edilmədikdə bu avadanlıq xəstəlik mənbəyinə çevrilir.
Ekspertlər bildirirlər ki, kondisionerin uzun müddət qapalı otaqda və ya avtomobildə istifadəsi zərərlidir. Səbəb də sadədir: insan orqanizmi qapalı məkandakı oksigeni qısa müddətdə istehlak edir və oksigen hipoksiyası yaranır. Bu vəziyyətə ilk növbədə mərkəzi sinir sistemi reaksiya verir: başağrısı, halsızlıq meydana çıxır. Qapalı məkanda kondisionerdən uzunmüddətli istifadə həm də zərərli mikrobların havadakı miqdarının kəskin artmasına səbəb olur.
Ekspertlər istər evdə, istərsə də avtomobildə kondisionerdən istifadə zamanı vaxtaşırı havanı dəyişməyi tövsiyə edirlər.
Nəzərə alınmalıdır ki, kondisioner havanı təmizləmir, yalnız qapalı şəraitdə dövr etdirib soyudur. Həm də, avtomobil kondisioneri daha çox çirklənməyə məruz qaldığı üçün ev kondisionerindən daha çox qulluq tələb edir.
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












