Krediti olanlar mütləq izləsin - Borcunuz silinə bilər - VİDEO

Banka borcu olan vətəndaşların krediti bağışlana bilər. Bu Azərbaycanda müflisləşmə haqqında qanun layihəsinin tətbiqi ilə mümkündür. Artıq layihənin hazırlanması ilə bağlı müzakirələrə başlanılıb. Krediti bağışlanmış belə vətəndaşlar dövlət və özəl sektorda rəhbər şəxs kimi işləyə bilməz. Və həmin şəxslərə kredit verilməsi birdəfəlik qadağan edilir.
Kreditini ödəyə bilməyən fiziki şəxslər müflisləşdiyini elan etdikdən sonra onların kredit borcu bağışlana bilər. Amma bunun üçün əvvəlcə ölkədə müflisləşmənin meyar və şərtlərini tənzimləyən qanun qəbul olunmalıdır. İqtisadçılar deyir ki, ölkədə məhz fiziki şəxsin müflisləşdiyini elan etməsi və belə bir status qanunda nəzərdə tutulmayıb amma buna ehtiyac var. Və belə bir qanunun qəbul edilməsi real görünür.
Belə qanunun olması imkan verir ki, vətəndaş müflisləşdiyini elan etsin və banka olan borcu silinsin. Ancaq müflisləşmənin şərtləri də kifayət qədər ağırdır. Və bu insanı bir çox hüquqlarından da məhrum edə bilər. Yəni insanların bu qanunun qəbulundan sui- istifadəsi üçün yer qoyulmur.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu təcrübənin tətbiqi problemli kreditlərin bir qismin bağışlanmasına gətirib çıxarar. Qanun layihəsi eyni zamanda, bankların məsuliyyətini də artıracaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












