Laçın dəhlizindən kimlər yararlanacaq? - EKSPERT RƏYİ

Qurulması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən yeni Laçın dəhlizi Rusiya və Türkiyə də daxil olmaqla bütün tərəflər üçün faydalı olacaq.
Tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin “Postsovet məkanında beynəlxalq münasibətlər” kafedrasının professoru Niyazi Niyazov bu barədə “Rosbalt”a danışıb.
“Bu, yalnız Azərbaycan və Ermənistanın deyil, Rusiya və Türkiyənin də müqavilələrin qarantı olduğunu nəzərə alsaq, olduqca işlək bir modeldir. Layihə yalnız Laçın dəhlizini əhatə etməyəcək, həm də Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən nəqliyyat dəhlizi kimi reallaşdırıla bilər. Bunun bölgə üçün böyük iqtisadi əhəmiyyəti olacaq, Azərbaycan, Ermənistan, Rusiya və Türkiyənin İranla birlikdə iştirak edəcəyi ortaq layihələr tətbiq ediləcək. Bu, əvvəllər Ermənistan tərəfindən işğal edilmiş ərazilərin inkişafı üçün bir şansdır”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın 30 və 10 kilometrlik bir dəhlizlə bağlı israr etməsinə baxmayaraq, indi başqa çarəsi qalmayıb. Ölkə qərar verməli olacaq - münaqişəni davam etdirmək və ya əməkdaşlıq yoluna başlamaq.
“Ermənistan Dağlıq Qarabağ rayonlarını işğal etdikdən sonra, 1993-cü ildən bəri geoiqtisadi təcriddədir. Bu əraziləri əlində saxladı, lakin inkişafda geri düşdü - ölkə Cənubi Qafqaz bölgəsindəki heç bir layihəyə daxil olmadı. İndi onun şansı var. Yaxın Şərqdən Laçın bölgəsində məskunlaşan ermənilərə gəldikdə, onlar köçürülməli olacaqlar”, - Niyazi Niyazov deyib.
Ekspert deyir ki, indi şərtlər Azərbaycan tərəfindən diktə edilir və bu dövlətin qanunları, eləcə də beynəlxalq hüquq qanunları nöqteyi-nəzərindən ermənilər bu ərazilərdə qanunsuz məskunlaşıb və buradan köçməli olacaqlar. Mütəxəssis bu ərazilərdə yaşayanların sayının dəqiq bilinmədiyini vurğulayıb.
“Münaqişədən əvvəl Azərbaycan vətəndaşlığı olan insanlara və onların nəsillərinə gəldikdə, onlar avtomatik olaraq Azərbaycan vətəndaşı kimi tanınır və orada yaşamağa davam edə bilərlər”, - deyə Niyazov fikirlərini yekunlaşdırıb.
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO










