"Lada" yeni multimedia sisteminə sahib olacaq

Gələn ildən Lada avtomobillərində yeni multimedia sistemi quraşdırılacaq. Hazırda rus avtomobillərində, AvtoVAZ şirkətinin özünün hazırladığı multimedia sistemi ilə yanaşı, Renault şirkətinin məhsulundan da istifadə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə xəbəri Rusiyanın Motor saytı yayıb. Voljsk avtozavodu bir müddət bundan öncə Yandekslə əməkdaşlıq memorandumu imzlayıb. Bu səbəbdən də yeni multimedia sistemlərində Yandeks.Auto platformasının tətbiq olunacağı istisna edilmir. Həmçinin, yeni ildən, Lada Connect sisteminin də tətbiq ediləcəyi bildirilib.
Lada Connect uzaq məsafədən avtomobilin bir sıra funksiyalarını smartfon vasitəsi ilə idarə etmək imkanı verir. Bunlara misal olaraq, mərkəzi kilidin açılıb-bağlanması, işıqların yandırılması və mühərriki söndürmək kimi funksayaları göstərmək olar. Ekranda avtomobilin yerləşməsini görmək və onun oğurlanması halında polisə xəbər vermək mümkündür. Sistem eyni zamanda, sonrakı təhlil üçün gündəlik gedişlərin telemetriyasını yaza bilər.
Yandeks.Auto avtomobil sahiblərinə şirkətin xidmətlərindən (naviqator, musiqi və hava) multimedia sisteminin ekranı vasitəsilə istifadə etmək imkanı verir. Bu sistemi ilk Toyota Camry və RAV4 avtomobilləri əldə edəcəkdirlər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












