"Lamborghini Huracan Performante" Nürburqrinqin yeni kralı olacaq – FOTO

"Lamborghini" şirkəti "Huracan" avtomobilinin yeni "Performante" versiyasını təqdim edib. Avtosfer.az xəbər verir ki, yeni model məşhur Nürburqrinq şossesində rekorda imza atmağı hədəfləyir. "Lamborghini Huracan Performante" Cenevrə avtomobil sərgisində təqdim edilib. Yeni avtomobil V10 obrazlı, 5.2 litr həcmli atmosfer mühərriki ilə təchiz edilib. Aqreqat 640 at gücü hasil edir. "Lamborghini Huracan Performante" yerindən 100 km/saat sürəti 2.9 saniyəyə əldə edir. Avtomobilin maksimal sürəti 325 km/saatdır. Mühəndislər yeni modelin quru çəkisini azaldıblar və 7 pilləli sürətlər qutusu ilə təchiz ediblər. Eyni zamanda idarəetmə sistemi optimallaşdırılıb. Kuzovda karbondan hazırlanmış kompozit materialların sayı artıb. "Lamborghini Huracan Performante"nin satışları bu yaya planlaşdırılıb. Avtomobil Avropada vergilər nəzərə alınmadan 195.040 avroya satılacaq.

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










