"Lamborghini"ni ağaca çırpdı: “Önəmli deyil, xeyli avtomobilim var”

Son İngiltərə çempionu “Lester”in futbolçusu Ceff Şlupp avtomobil qəzası keçirib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qanalı futbolçu yüksək sürətlə idarə etdiyi “Lamborghini M 1” markalı avtomobili ağaca çırpıb.
Hadisənin baş verməsinə yağışlı hava səbəb olub. Belə ki, 23 yaşlı futbolçunun idarə etdiyi avtomobil sürüşərək yoldan çıxıb və yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində futbolçu heç bir xəsarət almayıb.
“The Sun”ın verdiyi məlumata görə, 190 min avro civarında qiyməti olan avtomobili yararsız hala salan oyunçu heç də üzülməyib. O, hazırda bir neçə avtomobilinin olduğunu və qəzanın önəmsiz olduğunu vurğulayıb.
Qeyd edək ki, “Lester”in prezidenti ötən il əldə edilən çempionluğa görə futbolçulara “BMW” markalı avtomobillər hədiyyə etmişdi.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












