Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

2013-cü ildə Frankfurt avtosalonunda BMW şirkətinin təqdim etdiyi i8 modelinin ən çox maraq doğuran detalı faralar oldu.
Avtosfer.az xəbər verir ki, avtomobilin lazer faraları 800 metr məsafəni işıqlandırır, işıq topası isə ətrafa yayılmırdı. Bu innovasiya o zaman çox ciddi marağa səbəb olmuşdu. Həmin dövrdə populyarlaşan LED işıqlar bu məsafənin yarısını göstərə bilirdi.
Lakin sonradan bu faralara maraq söndü. Bavariyalı istehsalçı da lazer faraları kataloqdan çıxardı. Sonradan digər istehsalçılar da onun yolu ilə getdilər. Səbəb təkcə texnologiyanın bahalığı deyildi.
Əsas səbəb ABŞ-də avtomobil işıqlandırmasına məhdudiyyət təbiq edilməsi idi. Bir neçə il əvvəl qəbul edilmiş normaya görə faraların işıq şiddəti 150 min kandeldən çox ola bilməz. Yəni, Avropadakının tam yarısı.
Belə olduğu təqdirdə lazer faranın effektli işıqlandırma məsafəsi 250 metrə enir. LED işıqlar bu məsafəni normal göstərir və istehsalı da ucuz başa gəlir.
Vüqar
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO











