“Lənkəranski” bu maşına minsəydi, sağ qalacaqdı - FOTOLAR
Avtoxəbər
20 Avqust 2016 11:18
Oxunub 17856
Dünyadakı zirehli maşınlar, onların qoruma mexanizmi və qiyməti barədə bilmədiklərimiz
Dünyada terror, qan, həyati təhlükələr artdıqca önləmlər də ona adekvat olaraq artmaqdadır. Cangüdənlər, yüksək texnoloji yeniliklər, önləyici tədbirlər...
Son olaraq kriminal avtoritet Rövşən(“Lənkəranski”) Canıyevin qətli də bu məsələni yenidən aktual etdi. Həyatına bu qədər təhlükə olduğunu bilən adam niyə lazımi səviyyədə qorunmadı? Məsələn, onun zirehli maşını olsa, bəlkə də killerin qurbanı olmayacaqdı...
“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, son illərin ən güclü, yüksək texnoloji standartlara cavab verən zirehli maşınları ilə bağlı araşdırma aparıb. Təfərrüata keçməzdən öncə, sizi zirehli maşınların yaranma tarixi ilə tanış edək.
İlk zirehli maşın... ruslarındır
Öncə ondan başlayaq ki, ilk zirehli maşın II Dünya müharibəsində Almaniyada BMP “Marder” adı ilə istehsal edilib. Sonra isə eyni quruluşlu maşın ABŞ-da BMP-M2 “Bredil” adı altında satışa buraxılıb. Hərbi məqsədlər üçün istifadə edilən zirehli maşınlar daha sonra dünyanın məşhur avtomobil şirkətləri tərəfindən mülki maşınlar formasında istehsala buraxılıb. İlkin zamanlarda zirehli maşınlardan sadəcə yüksək rütbəli hərbçilərin, hərbi sənədlərin, kəşfiyyatçıların daşınması üçün istifadə edildiyi halda, sonradan mühüm şəxslərin də gündəlik həyatının vazkeçilməz atributuna çevrildi.
Digər mənbələrdə isə göstərilib ki, ilk zirehli maşın Rusiyada yaradılıb. Mühəndis Luskoy 1900-cü ildə onun ilkin ideyasını verib eskizlərini cızıb, 1902-ci ildə mühəndis Simms gücünü səfərbər edərək onu araya-ərsəyə gətirib.
Dünya tarixində zirehli maşından ilk dəfə istifadə edən siyasi lider ABŞ prezidenti Harri Trumen olub. 1949-cu ildə həyatını qorumaq istəyən prezident zirehli maşının ən ibtidai formasından istifadə edib. Sovetlərdə isə ilk zirehli maşın Stalinə ABŞ prezidenti Franklin Ruzvelt tərəfindən hədiyyə edilib. Hətta Stalin Tehran, Yalta, Potsdam səfərlərinə gedərkən qatardan düşən kimi ona hədiyyə edilmiş ağ rəngli zirehli “Mercedes”indən istifadə edərmiş.
XXI əsrdə də Stalinin yolunu gedən siyasətçilər, dövlət adamları, məşhur sənətçilər kifayət qədərdir. Dünyanın əksər ölkələrinin prezidentləri qarajlarında zirehli maşınlar saxlayırlar. Odur ki, bütün prezidentlərin adlarını siyahıya yazıb vaxt və yer aparmaq fikrində deyilik. Amma bu siyahıda bolşeviklərin dahi rəhbəri Vladimir İliç Lenini unutmaq olmaz. O da zamanında zirehli “Rolls Royce”dan istifadə edirdi. Onun qarajında “Renault”, “Delanay Billville” və “Turket Mery” markalı avtomobillər də olub. SSRİ rəhbəri olmuş Stalin isə “ZİS-115" zirehli avtomobilindən istifadə edib. Mümkün sui-qəsddən özünü qorumaq üçün Stalin məhz bu model avtomobillə səyahət edirdi. Avtomobil Stalin adına avtomobil zavodunda istehsal olunub. Böyük Britaniyanın sabiq baş naziri Devid Kameron ”Bentley State Limousines" avtomobilindən istifadə edib. 400 at gücündə olan avtomobilin maksimal sürəti 210 km/saatdır.
Eləcə də MDB məkanında bu tip maşınlardan ən çox prezidentlər və yüksək rütbəli məmurlar istifadə edir. Bu siyahıda ən çox diqqəti cəlb edən şəxs Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze olub. Xatırladaq ki, eks-prezidenti 1998-ci ilin qışında gözlənilən ölümdən məhz zirehli maşını xilas etmişdi. Həmin il fevralın 9-da Şevardnadzenin kortejinə basqın edən terrorçular prezident maşınına qumbaraatandan və avtomatlardan atəş açmışdılar. Hadisə nəticəsində sabiq prezidentin cangüdənlərindən biri həlak olsa da, özü bədən xəsarəti almışdı.
Dünyanın ən bahalı zirehli maşınları - 350 min dollardan 1.5 milyon dollara qədər...
Dünyanın ən bahalı zirehli avtomobillərinin qiyməti də maraq doğurur. Məlum olub ki, əsasən, sifarişlə dövlət başçıları və yüksək rütbəli məmurlar üçün hazırlanan bu maşınlar Almaniyanın məşhur avtomobil markaları tərəfindən istehsal olunur. Zirehli maşınların ən ucuzu 350 min dollardan başlayır. Ən bahalı zirehli maşının qiyməti isə 1,5 milyon dollardır. Maşın sərnişinlərini snayper gülləsi və qrantomyotun zərbəsindən qoruyur.
İndi isə dünyanın ən bahalı 10 zirehli maşının siyahısına və o maşınların özəlliklərinə diqqət edək:
“Lexus LS 460 L” - 300.000 dollar
“Lexus LS 460 L” problemsiz özəlliklərə sahibdir. Avtomobil müxtəlif növ zirehli maşınların istehsalçısı olan “İnkas” tərəfindən hazırlanıb. “Lexus LS 460 L” olduqca ağır olsa da, bir o qədər etibarlı və təhlükəsizdir. Orijinal “Lexus”, bomba partlamalarına belə tab gətirən bir özəlliyə sahibdir.
“BMW 750Li Sedan” - 340.000 dollar
“750Li Sedan”ı daha etibarlı və təhlükəsiz hala gətirmək üçün hazırlanmasında yüzlərlə kilo dəmirdən istifadə edilib. Maşının motoru 400 at gücündədir. Bir çox zirehli “Sedan”larda maliyyəni azaltmaq üçün ancaq arxa oturacaq və sürücü yeri təhlükəsiz vəziyyətə gətirilir. Ancaq zirehli “Sedan” təkcə qabaq oturacaqdakları deyil, arxadakıları da eyni dərəcədə qoruyur. Maşının radiator, qabaq silgəclər və benzin qabının da zirehli olması diqqət çəkən nüanslardandır.
“Cadillac Escalade ESV” - 350.000 dollar
“Cadillac Escalade ESV” lüks ola bilməsi üçün hər hansı məsrəfdən ixtisar edilməyib. Maşının içində dəri döşəmə, parket döşəmə, böyük lcd ekranlar yerləşir. ESV, ekstra güclü texnologiyadan istifadə edilərək sıfırdan hazırlanıb. Becker, güllə keçirməyən metal və 40 mm-lik şüşəsi ilə olduqca yüksək səviyyəli bir qorumanı təmin edir.
“Mercedes Benz S-Guard”-400.000 dollar
“Mercedes Benz” sinfinə daxil olan bu zirehli maşın bazardakı ən populyar maşınlardan biridir. Maşının xarici zirehli özəlliklərlə örtülsə də, bu, onun estetik görüntüsünə zərrə qədər də xələl gətirməyib. “Mercedes Benz S-Guard”, M60 silah hücumunu dəf edəcək qədər güclü hazırlanıb. “S-Guard”, bir qaz hücumu zamanı xarici deşiklərin hamısını bağıayır və maşının içinə təmiz hava verərək, öz oksigen sisremini dövrəyə daxil edir.
“Knight XV” - 629.000 dollar
“Knight XV”, dünyanın ən populyar zirehli maşın istehsalçısı olan “Conquest”in xarüqələrindən biridir. “Knight XV” ancaq 100 maşınla məhdudlaşdığı üçün nadir tapılır. Maşında V10 motor, yüksək müqavimətli zireh yerləşir. Bundan başqa, maşının içində TV, bar, soyuducu, isitməli oturacaqlar və əyləncə üçün media mərkəzi də var.
“Huron APC” - 630.000 dollar
Bu maşın olduqca ağır olması ilə diqqət çəkir. “Horon” müxtəlif növ silahlara və əl bombalı hücumlara davamlı quruluşda hazırlanıb. Bu zirehli maşın hərbi müdafiədən daha çox özəl istifadə üçün təşkil edilib.
“Audi A8 Security” - 700.000 dollar
“Audi A8 Security” isə tam zirehlidir. Amma bu zirehin fərq edilməsi bir az çətin ola bilər. “Audi A8 Security”, normal lüks bir “Audi”yə bənzədilərək hazırlanıb. Bu özəl “Audi”nin tamamən gülləkeçirməz olması Alman Balistik Test Mərkəzi tərəfindən təsdiqlənib. Məhz bu marka maşın üçün istehsal prosesi son dərəcə təhlükəsiz bir atmosferdə, ixtisaslaşmış işçilər tərəfindən əllə hazırlanır. İşçilər maşının hissələrini tamamlamaq üçün 400 saatdan artıq işləyirlər. Maşın odla, atəşlə bağlı hər şeyə dayanıqlıdır. Bundan başqa, LED siqnalları, bir duman detektoru, radio qəbulediciləri və bir siqnala sahibdir.
“Mercedes Benz G63 AMG” - 1 milyon dollar
“Mercedes Benz G63 AMG” mövcud ilan ən yaxşı zirehli limuzinlərdən biridir. “İnkas” tərəfindən istehsal edilən G63 AMG, daxili-xarici təhlükəsizliklə yanaşı, lüks olması ilə də diqqət çəkir. Bundan başqa, maşında qara dəri oturacaqlar, özəlləşdirilmiş işıqlar, gülləkeçirməz şüşə, təhükəsizlik kameraları var. s
“Cadillac One ”The Beast" - 1.5 milyon dollar
“Cadillac One Beast” ABŞ prezidentini daşımaq üçün hazırlanan özəl zirehli bir maşındır. Bu “Cadillac” təxminən 1.5 milyon dollar maliyyəsindədir. Maşında yanğın söndürücü köpük, bir yanğın söndürmə sistemi, ayrılmış oksigen qaynağı, baqajda ekstra silahlar var. Aracın zırehi ağır çəlik, alüminium, titanium və seramikadan hazırlanıb. Bu xüsusiyyətlər xaricdən müdaxilə ilə maşının qapılarının açılmasını qeyri-mümkün vəziyyətə gətirib. Bundan başqa, maşın tələlərə qarşı kömək çağırmaq üçün özünün şifrəli xəbərləşmə sistemini yaradıb.
Dünyanın ən önəmli siyasi liderlərindən birinin təhlükəsizliyini təmin edən bu nəqliyyat vasitəsi eyni zamanda bir limuzin xüsusiyyətini daşıyır.
“Kombat T98” -1.5 milyon dollar
Bu maşın isə daha çox rus siyasətçilər və Avropadakı şahzadələr tərəfindən seçilir. Bütün özəlliklərindən əlavə, maşın almaz qatlı ağ qızılla örtülmüş pəncərəyə sahibdir. Bundan başqa, maşının 8.1 litrlik V8 motoru, gülləkeçirməz özəlliyi partlamalara dözümlü zirehlər ilə təchiz olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR