Lizinqlə avtomobil almaq istəyənlər üçün ÖNƏMLİ XƏBƏR

Bu gün Azərbaycanda nağd şəkildə avtomobil ala bilməyən şəxslər daha çox lizinq şirkətlərinə üstünlük verir. Əslində lizinqin kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Lakin çox avtosalonlarda ən yaxşı halda 5 illik kredit, 19% illik faiz və 20% ilkin ödəniş şərtləri ilə qarşılaşırsan.
Ölkəmizdə insanlar avtomobil alarkən daha çox nə üçün lizinq şirlətlərinə müraciət edirlər? Banklar bu məsələdə niyə insanlar əlçatan deyil?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimli "Referans"a açıqlamasında bildirib ki, hazırda lizinqlə kredit məsələrində qarışıq bir vəziyyətdir. Lakin lizinqlə kreditin öz fərqli xüsusiyyətləri var. Kredit zamanı vətəndaş maliyyə öhdəliyini bank qarşısında daşıyır. Lizinqdə isə istənilən daşınmaz əmlak və ümumiyyətlə qiymətli məhsulların nisyə şəkildə götürülüb məbləğin isə mərhələli formada ödənilməsidir. Lizinq əslində əmlak sahibi ilə birbaşa əlaqəyə keçərək alqı-satqı etməkdir.

Ekspert onu da qeyd edib ki, vəziyyətdən faydalanan lizinq şirkətlərinin sahibləri də lizinq faizlərini kredit faizləri səviyyəsinə gətirib çıxarıblar. Eyni zamanda bu sahədə normal rəqabət də yoxdur. Bir həqiqət də var ki, lizinq bazarı da çox risklidir. Kredit bazarında bank tərəfindən risklər qarşılanır. Mərkəzləşdirilmiş bazada problemli kredit almaq istəyən şəxslər haqqında məlumat olur. Amma lizinqdə isə bu belə deyil. "Nəticə etibarilə də lizinq fəaliyyətində risklər sahibkarlar üçün daha çoxdur. Buna görə də bu sahədə normal bir sıra ciddi dəyişikliklərə ehtiyac var. Birinci növbədə düzgün rəqabət mühiti yaradılmalıdır", - deyə Fuad İbrahimli əlavə edib.
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










