Lumma Design tüninqində Jaguar F-Pace - FOTOLAR

Bu, olmaya bilməzdi: məşhur "Lumma Design"-dan olan alman tünerlər "Jaguar F-Pace"-in üzərində əməlli başlı iş görüblər. Avtomobil daha böyük (enli), güclü və möhtəşəm alınıb.
Avtosfer.az auto.az-a istinadən bildirir ki, bütün işlərdən sonra tünerlər Britaniya krossunu "Lumma CLR F" adlandırıblar. Avtomobil karbon "geyim", - asmanın bütün komponentləri, o cümlədən güclü diffuzor və kapot, - 24-düymlük disklər alıb, təkər arkaları genişlənib, qaz buraxma sisteminin borularının sayı artıb.
Salon da diqqətdən kənar qalmayıb. Lakin bəzəklər müştərinin istəyindən asılıdır. Müştərilərə karbon əlavələr, ağac, dəri, alkantara, gözəl tikişlər və s. təklif ediləcək.
Texniki hissədə də müvafiq iş görülüb. "Lumma"-da 3-litrlik, kompressoru olan V6 mühərrikinə 100 a.g. əlavə ediblər - ümumilikdə, 480 a.g. Texniki xarakteristika barədə tam məlumat yoxdur, lakin çox güman ki, bu cür kross ilk yüzlüyü 5 saniyəyə yığa bilər (baza variantında bu, 5,5 saniyə idi).
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















