Maserati iki modelini yenilədi - FOTO

Maserati şirkəti kupe GranTurismo və kabriolet GranCabrio-nu təkmilləşdirib. Avtomobillər müvafiq olaraq 2007-ci və 2009-cu illərdə debüt etmişdilər. Maserati GranTurismo-nun restaylinq olunmuş versiyası 2018-ci ildə Nyu-Yorkdakı fond birjasında təqdim ediləcək, sonra isə hər iki avtomobili Hudvuddakı sürət festivalına gətirəcəklər. Təkmilləşdirilmiş sportkarlar yeni bamperlər, radiator barmaqlığı alıblar. İtalyanlar radiator barmaqlığını konsept Alfieri-də olan barmaqlığa bənzədiblər. Mühəndislər, həmçinin havaçıxıntılarının konfiqurasiyasını optimallaşdırıblar ki, bu da aerodinamik müqavimət əmsalını azaltmağa kömək edib (kupedə 0,32-dək, kabrioletdə isə 0,33–dək). İkiqapılıların salonunda 8,4-düymlük displeydaha olan və Android Auto və Apple CarPlay-i dəstəkləyən müasir multimedia sistemi peyda olub. Təkmilləşdirilmiş kupe və kabrioleti ya Sport versiyasında, ya da asanlaşdırılmış MC (Maserati Corse) versiyasında sifariş etmək olar. Hər iki variant 4,7-litrlik atmosferli V8 ilə təchiz edilir ki, onlar 6-pilləli ZF avtomat sürət qutusu ilə birgə işləyirlər və 460 a.g. və 520 Nm fırlanma anına malikdirlər. Belə qurğusu olan Maserati GranTurismo Sport 2017-2018 yerindən 100 km/saata 4,8 saniyəyə, MC modifikasiyalı avtomobil isə 1 saniyə daha tez sürətlənir. Modifikasiyanın maksimal sürəti müvafiq olaraq 299 və 301 km/saat təşkil edir.










Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












