Maşın açarları tarix olur

İsveçin Volvo avtomobil şirkəti istehsal etdiyi avtomobillərdə yenilik etməyə hazırlaşır. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 2017-ci ildən etibarən Volvo avtomobillərində açarlardan istifadəyə son verilir. Bunun yerini yeni rəqəmsal açarlar tutacaq ki, avtomobil şirkəti buna müasir telefonlara tətbiq edilən bir proqram vasitəsi ilə nail olacaq.
Volvo avtomobil sahibləri yeni texnologiya sayəsində öz avtomobilinə yaxınlaşaraq onun mühərrikini işə sala biləcək.
Volvonun yeni rəqəmsal texnologiyasının təqdimatını Mobil Dünya Konqresində həyata keçirəcəyi gözlənilir. iOS və Android sistemi üçün hazırlanan bu proqram hələlik Windows Phone sisteminə tətbiq edilmir.
Daha bir yenilik isə şirkətin 2017-ci ildən özünü idarə edən Volvo avtomobili istehsal etməyi planlaşdırmasıdır. Bu avtomobillər "ağıllı" elektronika ilə tam təchiz edilmiş olacaqlar. İstehsalçı bu elektronikanı təyyarələrdə quraşdırılmış elektronika ilə müqayisə edir və avtomobillərin çox çətin anlarda belə hərəkət planına malik olacağını qeyd edirlər.
Volvo avtomobillərinə quraşdırılmış "Drive Me" sistemi bulud texnologiyası üzərində işləyən mərkəzə bağlıdır. Bu, o deməkdir ki, həmin texnologiyalı avtomobillərin ötürücü, kamera, akselerometrləri, hiroskopları, GPS-modulları - hamısı vahid mərkəzə məlumat ötürəcək və digər avtomobil qarşıdakı yolda vəziyyətin necə olacağını bununla biləcək.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










