Maşın alveri üçün vahid sistem yaradılacaq? - VİDEO

Avtomobil almaq bizi bir çox gündəlik əziyyətlərdən qurtarsa da, yanlış seçim bizim üçün daha ciddi problemlər yarada bilər.
Avtosfer.az xəbər verir ki, hazırda ikinci əl nəqliyyat vasitələrinə tələbat yenilərinə nisbətən daha yüksəkdir.
İkinci əl avtomobil alarkən isə bir sıra xoşagəlməz hallarla da qarşılaşırıq. Bəzən özümüz də bilmədən yeni, az işlənmiş adı altında qəza keçirmiş və yaxud əsas detalları dəyişdirilmiş avtomobillər alırıq. "Maşının detallarını başqası ilə dəyişirlər. Oğurlayıb yerinə keyfiyyətsizini qoyurlar", - deyə sürücü Baku TV-yə mövzu ilə bağlı danışarkən deyib.
Bu kimi problemlərlə qarşılaşmamaq üçün digər ölkələrdə vahid reyestr sistemi fəaliyyət göstərir. Bəs bu sistemin xidmət göstəriciləri necə tənzimlənir?
"Belə bir sistem bir çox ölkələrdə yaradılıb. Bildiyim qədəri ilə, Azərbaycanda da bunun üçün tədbirlər görülür. Buna görə də aidiyyəti qurumlar qısqanclıq etməsə, bazanı versələr, bunu tez etmək mümkün olacaq", - deyə nəqliyyat-eksperti Elməddin Muradlı qeyd edib.
Daha ətraflı süjetdə:
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu










