Maşın alverində yeni fırıldaq; radiatora yağ töküb qiyməti endirmək istədilər - VİDEO

Türkiyənin İstanbul şəhərində avtomobil alqı-satqısı zamanı yeni dələduzluq üsulu üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, özlərini alıcı kimi təqdim edən şəxslər satıcını aldatmaq üçün avtomobilin radiatoruna gizlicə yağ tökərək, “maşınınıza yağla su qarışıb” bəhanəsi ilə qiyməti aşağı salmağa çalışıblar.
Hadisə ikinci əl avtomobil satış məntəqəsində baş verib. Görüntülərdə şəxslərdən birinin satıcı ilə söhbət etdiyi, digərinin isə fürsətdən istifadə edərək radiatorun qapağını açıb içinə yağ tökdüyü açıq-aydın görünür. Daha sonra onlar avtomobilin nasaz olduğunu iddia edərək qiymətdə endirim tələb ediblər.
Fırıldaqçılıq cəhdi məkanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
İstifadəçilər bu üsulu ciddi təhlükə adlandıraraq, həm alıcıların, həm də satıcıların belə hallara qarşı daha diqqətli olmasını tövsiyə ediblər. Mütəxəssislər də bildirirlər ki, avtomobil alqı-satqısı zamanı mütləq peşəkar ustaların rəyinə müraciət edilməli, hər hansı şübhəli hərəkətə qarşı dərhal reaksiya verilməlidir.
Eltac Zülfüqaroğlu
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var
2025-ci ilin ən böyük avtomobil istehsalçıları: "Toyota" liderdir
Çinin avtomobil sənayesi qlobal iqtisadiyyata təzyiq edir
Avtomobilin uzun müddət hərəkətsiz qalmasından yaranan problemlər
Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO
Köhnə avtomobillərə yaş limiti tətbiq olunacaq? - EKSPERT CAVABLANDIRDI
Bakıda "Gelandewagen"i qarajda təkərsiz qoydular - Dördü də oğurlandı











