Maşın bazarı ilə bağlı VACİB XƏBƏR - Yeni ildən sonra…

Son vaxtlar maşın bazarında nəzərəçarpacaq durğunluq müşahidə olunur. İkinci əl avtomobillərə olan maraq əvvəlki illərlə müqayisədə azalıb.
Bəs bunun səbəbi yalnız yüksək qiymətlərdir, yoxsa alıcıların seçimlərinə təsir edən başqa amillər də var?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldar Bəşirov mövcud vəziyyətin səbəblərini “Yeni Sabah”a belə açıqlayıb:
"Son aylarda avtomobil bazarında əsas tendensiya Çindən gətirilən yeni maşınların artmasıdır. Bu avtomobillər həm qiymət baxımından münasibdir, həm də müasir texnologiyalar və komfort imkanları ilə seçilir. Məhz buna görə də alıcıların çoxu artıq köhnə maşınlara deyil, təzə modellərə üstünlük verir. Əksinə, köhnə avtomobillərin qiymətləri bazarda hələ də yüksək olaraq qalır. Bu da alıcıları daha sərfəli və yeni modellərə yönəldir”.
Ekspert bildirib ki, yeni ildə vəziyyət dəyişəcək:
“İlin sonuna qədər xaricdən gətirilən elektromobillərə və bəzi avtomobil növlərinə tətbiq olunan vergi güzəştləri qiymətlərin nisbətən aşağı qalmasına şərait yaradıb. Lakin bu güzəştlərin yalnız ilin sonuna qədər qüvvədə olacağı açıqlanıb. Yeni ildən etibarən həmin imkanlar aradan qalxacaq”.
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










